ABŞ Kubaya qarşı sanksiya siyahılarını genişləndirdi
16.11.2019 497 0.0 0

ABŞ, Kubaya aid qara siyahısına adanın silahlı qüvvələrinə məxsus beş otelini əlavə edib.

TASS-a istinadən verilən məlumata görə, bu barədə Dövlət Departamentinin dövlət katibi Maykl Pompeo tərəfindən verilən açıqlamada deyilib.

Amerika diplomatiyasının başçısı deyib: "Kubaya aid qara siyahının yenilənməsi ilə bağlı qərarı elan edirəm. Kuba hərbi qüvvələrinə məxsus beş təşkilat birbaşa maliyyə əməliyyatlarının qadağan edildiyi hüquqi şəxslər siyahısına daxil edilib".

Sanksiyalarda paytaxtdakı bir oteldən, digəri Varadero kurort şəhərciyindən, həmçinin "Jardines del Rey" arxipelaqındakı üç oteldən bəhs edilır. Qərar noyabrın 19-da qüvvəyə minir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar