ABŞ konqresmenləri Türkiyəyə qarşı sanksiyalar hazırlayır
11.10.2019 479 0.0 0

ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar Suriyanın şimalında Ankaranın həyata keçirdiyi antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiyalar barədə qanun layihəsi hazırlayır.

Rusiya KİV-nə istinadən xəbər verilir ki, bu barədə konqresmen Liz Çeynin açıqlamasında qeyd olunub.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rejimi kürd müttəfiqlərimizə qarşı amansız hücumlara görə ciddi nəticələrlə üzləşməlidir” deyə, o bildirib.

Onun sözlərinə görə, bu sanksiyalar təkcə Türkiyənin Suriyanın şimalındakı əməliyyatına cavab deyil, eyni zamanda bu ölkənin ABŞ-ın Rusiya kimi rəqibləri ilə əməkdaşlığına reaksiyadır.

“Əgər Türkiyə onunla müttəfiq kimi davranılmasını istəyirsə, deməli, buna uyğun davranmalıdır”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar