ABŞ konqresmenləri Myanmaya qarşı sanksiya tətbiq etməyə çağırıblar
19.10.2017 572 0
Qırxdan çox konqresmen rohinca müsəlmanlarının sıxışdırılması səbəbindən Myanma hökumətinə qarşı məhdudlaşdırıcı tədbirlər görməyi təklif ediblər.
Məlumata görə, bu barədə konqresmenlərin ABŞ-ın dövlət katibi Reks Tillersona ünvanladıqları məktuba istinadən "Reuters" məlumat yayıb.
"Biz Birmada mühasirədə qalan və ya ora qayıtmaq istəyən insanların müdafiə və təhlükəsizliyinə nail olmaq, həmçinin onların qonşu ölkələrdən zor gücünə geri qaytarılmasına mane olmaqdan ötrü mümkün olan hər şeyi etməyə çağırırıq", - deyə siyasətçilərin bəyanatında bildirilir.
Beynəlxalq Miqrasiya Təşkilatı bəyan edib ki, Myanmadan olan rohinca müsəlmanlarının sayı 582 min nəfər təşkil edir./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər