ABŞ Konqresinin üzvü Suriyada Bəşşar Əsədlə görüşüb
26.01.2017 762 0
ABŞ Konqresində Demokrat Partiyasından olan millət vəkili Tulsi Gabberd Suriyaya səfər edərək, Bəşşar Əsədlə görüşüb.
“Report” Kanal A Haber-ə istinadən xəbər verir ki, bunu o, CNN-ə bildirib.
“Əsəd haqda nə düşünürsünüz düşünün, o, Suriyanın həqiqi prezidentidir. Məqbul bir razılaşma imzalamaq üçün onunla görüşmək lazım idi”, - deyə, xanım konqresmen vurğulayıb.
Tulci Gabbardın səfəri 6 illik silahlı qarşıdurmadan ABŞ-la Suriya arasında olan ilk təmas sayılır.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama adminstrasiyası Bəşşar Əsədə Suriya hakimiyyətində yer olmadığını bildirirdi.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər