ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq
17.12.2015 497 0
ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair müzakirə təşkil olunacaq.
“news.am” saytına istinadən verilən məlumata görə, Nümayəndələr Palatasının Xarici əlaqələr komissiyası gələn ilin yanvarında bağlı qapılar arxasında Dağlıq Qarabağ məsələsini müzakirə edəcək. Bunu ABŞ-dakı “Ay Data” erməni təşkilatının nümayəndəsi Elizabet Çulcyan deyib. O bildirib ki, müzakirəyə ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik də dəvət olunub: “Biz istərdik ki, müzakirələr açıq olsun. Hələlik komissiyanın sədri bu haqda heç nə deməyib”. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər