ABŞ Kino Akademiyası Uill Smitə 10 illik qadağa qoyub
09.04.2022 16969 0
ABŞ Kino Akademiyası Uill Smitə 10 il ərzində onların tədbirlərində iştirakını qadağan edib.
Bu barədə RİA “Novoti”yə istinadən xəbər verilir.
“Bu gün İdarə Heyəti 8 aprel 2022-ci il tarixindən başlayaraq 10 il müddətinə cənab Smitin Akademiyanın bütün tədbirlərində və proqramlarında həm şəxsən, həm də virtual formatda iştirakını qadağan edən qərar qəbul edib.
Bu eyni zamanda “Oskar” mükafatlarının təqdimetmə mərasimi daxil olmaqla bütün tədbirlərə aiddir”, - məlumatda deyilir.
Qeyd edək ki, Amerikalı aktyor Uill Smit Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı tədbirin aparıcısı, komediya ustası Kris Roka sillə vurub./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər