ABŞ JURNALİSTLƏRİ DƏ ƏZİRMİŞ
21.08.2014 1604 0
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ABŞ-ı Ferquson şəhərində tәşkil edilәn etiraz aksiyalarını yaxından izlәyәn jurnalistlərin mətbuat azadlığına hörmət göstәrmәyә çağırıb.
Məlumata görə, ATƏT-in Media Azadlığı nümayəndəsi Dunja Mijatoviç verdiyi açıqlamada, ABŞ-da 18 yaşındakı zənci gənc Maykl Braunun polis tərəfindən öldürülmәsindәn sonra etiraz mәqsәdi ilә tәşkil edilәn nümayişləri izlәyәn jurnalistlərin tutulmalarına reaksiya göstərib vә ABŞ rәsmilәrini hadisələrin səbəblərini bütün istiqamətləriylə araşdırmağa sәslәyib.
O, həmçinin hadisələri izlәyәn jurnalistlərin azad və təhlükəsiz işləyə bilmələri üçün şərait yaradılmasını istәyib. //ANS PRESS
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər