ABŞ-ın yeni səfirindən girovlar haqda açıqlama
10.03.2015 674 0
Humanitar jest kimi onların azad edilməsi təqdirəlayiq hal olardı”
“Biz onların humanitar jest olaraq azad edilməsinin tərəfdarıyıq”. Qazeta.info APA-nın məlumatına istinadla bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistan tərəfinin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Səfirin sözlərinə görə, bu məsələ ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın regiona səfəri zamanı da gündəmə gətirilib: “Xanım Nuland burada olarkən və sonradan Ermənistana getdikdə bəyanatlarında bildirib ki, keçmişdə mövcud olmuş çox yaxşı ənənələrin davamı olaraq humanitar jest kimi onların azad edilməsi təqdirəlayiq hal olardı”.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər