ABŞ-ın yeni maliyyə nazirinin kimliyi məlum olub
14.02.2017 912 0
ABŞ Senatı Stiven Mnuçinin Maliyyə nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib.
RİA Novosti agentliiynə istinadən verilən xəbərə görə, S. Mnuçinin namizədliyinin lehinə 53, əleyhinə isə 47 senator səs verib.
53 yaşlı Stiven Mnuçin 1985-2002-ci ildə ABŞ-ın ən iri korporasiyalarından biri olan “Goldman Sachs”-da çalışıb.
S.Mnuçin həmçinin “Dune Capital Management”, “OneWest Bank Group” və “RatPac-Dune Entertainment” kimi şirkətlərin təsisçisidir. “RatPac-Dune Entertainment” məşhur “Avatar”, “İks-adamlar” (X-Men) və sair filmlərə prodüserlik edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər