ABŞ-ın ticarət naziri Trampın çıxışı zamanı yuxuya gedib
25.09.2019 473 0
ABŞ-ın ticarət naziri Vilbur Ross Prezident Donald Trampın BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışı zamanı yuxuya gedib.
Bildirək ki, bu barədə “CNBC” məlumat yayıb.
Qeyd olunub ki, əvvəlcə nazir gözlərini yumub, bir müddətdən sonra başını aşağı salaraq Trampın çıxışı zamanı 15 dəqiqə yatıb. Daha sonra Ross gözlərini açıb və Trampın çıxışını dinləməyə davam edib.
Nazir isə eşitmə cihazı taxdığı üçün gözlərini yumduğunu və çıxışa fikrini cəmlədiyini bildirib. O, həmçinin Amerika liderinin çıxışından sonra müxtəlif ölkə rəhbərləri ilə ikitərəfli görüşlərdə iştirak etdiyini də vurğulayıb. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər