ABŞ-ın radikal İslam adı ilə Şeytani oyun siyahısı - ANALİZ
21.10.2016 2136 0.0 0
Uzun illərdir aparılan təbliğat və təşviqat işləri nəticəsində Qərb dünyası sülh  dini olan İslamın adına "radikal" sözünü də əlavə etdi. Və adın İslam sözü ilə birgə işlənməsi üçün müttəfiqləri ilə birgə Taliban, Əl-Qaidə, İŞİD, Boko-Haram və sair kimi terror təşkilatları yaratdı. Bu kimi təşkilatların yaranmasında və onların fəaliyyət sahələrində Amerikanın dəsti-xəttini görmək asandır, ancaq barmaq izini tapmaq çətindir. Çünki radikal qruplara Mərkəzi Kəşfiyyat İdarəsinin verdiyi dəstək gizli əməliyyatlar şəklində aparılıb. 
 
Məlumata görə, Robert Dreyfussun, "Şeytani oyun: ABŞ radikal İslamın yayılmasına necə yardımçı oldu" adlı kitabı hadisələrə baxış üçün yeni imkanlar yaradır. Kitabda MKİ-nin radikal İslam adı verdikləri terrorçulardan kommunizmə qarşı necə istifadə edilməsi, Yaxın Şərq və Asiyada İslam adı altında terrorun inkişafına necə yardım olunması izah edilir. 
 
Aşağıda sıralanan hadisələr ABŞ-ın özünün yaratdığı radikallarla 70 ildən çoxdur davam edən eşqbazlığı və dəstəyini göstərir. Bu dəstəyin nəticəsi olaraq 1990-cı illər və 11 Sentyabr 2011-ci ildə öz yaratdığı terrorizm ABŞ-a da səfər edir.
 
Beləliklə...
 
1933
 
Səudiyyə Ərəbistanı ABŞ-a neft kəşfiyyatı icazəsi və neftin gəlirlərinin bölgü hüquqlarını verir. Ərəb-Amerika Neft Şirkəti 1938-ci ildə ilk kommersiya neft quyusunu kəşf edir.
 
18 fevral 1943
 
ABŞ prezidenti Franklin Ruzvelt Səudiyyə Ərəbistanının təhlükəsizliyinin Amerika maraqları üçün çox əhəmiyyətli olduğunu elan edir və ABŞ yardımı alacağını açıqlayır.
 
1945
 
Səudiyyə Ərəbistanı və Amerika Birləşmiş Ştatları Dhahranda ABŞ bazası yaratmaq üçün müqavilə imzalayırlar. 2003-cü ilin aprelinə qədər Amerika əsgərləri bu bazadan istifadə edir. Səudiyyə həmçinin ABŞ-a Ərəb yarımadasında kəşfiyyat aparmaq icazəsi də verir.
 
14 fevral 1945
 
ABŞ prezidenti Franklin Ruzvelt Səudiyyə kralı Əbdüləziz əl-Səud ilə üzbəüz danışıqlar aparır. 
 
1951
 
Müqavilə ilə ABŞ-a Səudiyyə Ərəbistanında daimi olaraq hərbi təlim və təhsil fəaliyyətləri aparmaq icazəsi verilir. (Maraqlananlar araşdıra bilər: USMTM)
 
1951
 
MKİ "Azadlıq Radiosu" adlı anti-kommunist təbliğat radiosu yaradır. Asiya və Avropada yerli qruplar qızışdırılır. MKİ-nin radio ilə Sovet İttifaqına qarşı qızışdırdığı yerli xalqın əksəriyyəti müsəlmanlardır.
 
1952
 
"Aramco" adlı Amerika-Səudiyyə neft şirkəti Ər-Riyadda dini təbliğat materiallarının (kitab, və s.) nəşrini maliyyələşdirir. (Maraqlıdır, görəsən, Amerikanın neft şirkətləri necə bir din planlaşdırırlar?)
 
19 avqust 1953
 
ABŞ-ın kəşfiyyat təşkilatı olan MKİ və İngiltərə kəşfiyyatı MI6 İranda xalq tərəfindən seçilən Məhəmməd Müsəddiqə qarşı dövlət çevrilişi hazırlayır. Qərb tərəfdarı olan Şah hakimiyyət başına gətirilir. Məhəmməd Müsəddiqin İran neftlərini milliləşdirməsi və Sovet İttifaqı ilə yaxınlaşması Qərbin maraqlarını təhdid edirdi.
 
Sentyabr 1953
 
ABŞ prezidenti Dvayt Eyzenhauer Müsəlman Qardaşların lideri Səid Ramazan ilə Ağ Evdə şam yeməyi yeyir. Müsəlman Qardaşları İngiltərə kəşfiyyatı tərəfindən yaradılan radikal təşkilatdır. 1940-cı illərdə törətdikləri sui-qəsdlər və fanatik terrorçuları ilə tanınır.
 
26 oktyabr 1954
 
Müsəlman Qardaşların gizli bir qanadı Camal Əbdül Nasirə sui-qəsd edir. Nasir 1952-ci ildə Kral Faruka qarşı həyata keçirilən hərbi çevrilişin lideridir. Müsəlman Qardaşlar Misirdə qadağan olunur.
 
23 iyul 1956
 
Nasir Misir Prezidenti olur. Nasirin solçuluğa meylli ideologiyası ABŞ-ı həyəcan vəziyyətinə keçirir. Misirin Sovet İttifaqına yaxınlaşmasından qorxurlar.
 
Yanvar 1957
 
Eyzenhauer doktrinası ABŞ məclisində açıqlanır. Prezident Eyzenhauer kommunizmə qarşı Orta Şərqə müdafiə məqsəd ilə hərbi və maliyyə dəstəyi veriləcəyini bildirir. Bu doktrina ilə Səudiyyə Ərəbistanı Amerika yardımını alan ilk ölkə olur.
 
İyul 1967
 
İsrail ilə Misir-Suriya-İordaniya arasında "Altıgünlük Müharibə" adı ilə tanınan qarşıdurmadan sonra bir çox Ərəb ölkəsi Amerika səfirliklərini bağlayır. Səudiyyə Ərəbistanı ABŞ-ın Ərəb dünyasındakı yeganə müttəfiqinə çevrilir.
 
1970 (ABŞ-ın səyləri meyvələrini verməyə başlayır)
 
Radikal qruplar Yaxın Şərqdə göyərməyə başlayır. Misirdə radikal qruplar və Ayman əz-Zəvahirinin liderliyi altında İslami Cihad və Səudiyyə Ərəbistanında vəhhabilik.
 
Oktyabr 1970
 
Camal Əbdül Nasir ölür, yerinə şəriət sözü verən Ənvər Sədat gəlir. Siyasi İslam Misirdə yüksəlməyə başlayır. İslam bankı sistemi yaradılır, bu sistemlə terrorçular və radikallar dəstəklənir.
 
Camal Əbdül Nasirin ölümündə sui-qəsd iddiaları var. Ənvər Sədat gələn kimi Sovet İttifaqı ilə əlaqələri kəsir, ABŞ-ın vasitəçiliyi ilə İsraillə sülh müqaviləsi imzalayır. Ənvər Sədatı Qərb çox sevirmiş və bunun nəticəsi olaraq da 1978-ci ildə ona Nobel Sülh Mükafatını verirlər. Ənvər Sədatın xanımı isə ABŞ-da universitetlərdə (Radford, American, University of South Karolina) dərs keçir.
 
May 1971
 
Ənvər Sədat həbsxanasında olan Müsəlman Qardaşlara amnistiya verir. Hökumətdən Nasir tərəfdarlarını təmizləyir.
 
1972
 
MKİ Asiya Fondunu (Asia Foundation) yaradır. Bu fond Kabil Universitetində Əfqan İslam hərəkatını maliyyələşdirir. MKİ-nin yardım etdiyi sahələr arasında Üsəma bin Ladenlə əlaqələri olan Rəbbani Səyyaf və Gülbəddin Hikmetyar da var. Bu cütlük əfqan qüvvələri daxilində gizli qrup yaradırlar, daha sonra 80-ci illərdə Sovet ittifaqına qarşı döyüşürlər. 
 
1972
 
Əfqanıstanda "Müsəlman Gənclər" adlı təşkilat içində gizli hücrə formalaşdırılır. Bu hücrə kommunizmlə mübarizə üçün MKİ-dən gizli yardım tələb edir, 4 solçu öldürülür.
 
17 iyul 1973
 
Sovet İttifaqına qarşı isti münasibətləri olan Sərdar Məhəmməd Davud Xan qan tökmədən çevrilişlə hakimiyyəti ələ keçirir və Əfqanıstanda krallıq hakimiyyətinə son qoyur, demokratik Əfqanıstan Respublikasını qurur.
ABŞ sürətli şəkildə Əfqanıstanda respublika əleyhdarı qüvvələri və radikalları dəstəkləməyə başlayır.
 
Oktyabr 1973
 
İsrail Yom Kipur müharibəsində qələbə çalır. Suriya və Misir məğlub olur. ABŞ-ın İsrailə dəstəyinə görə OPEK neft hasilatını azaldır. Neft qiymətləri dünyada 4 dəfə artır, nəticədə Səudiyyə Ərəbistanı varlanır və vəhhabiliyin maliyyələşdirilməsi sürətlənir.
 
Sentyabr 1973
 
MKİ İran və Pakistan kəşfiyyatı ilə güclərini birləşdirib Əfqanıstanda radikalların çevriliş etməsi üçün yardımçı olur. Sərdar Davudun qurduğu Əfqanıstan Respublikasına qarşı MKİ-nin dəstəklədiyi çevriliş uğursuz olur. 1973-cü ilin sentyabr, dekabr və 1974-cü ilin iyul aylarında 3 dəfə dövlət çevrilişi cəhdi olur.
 
1974
 
Misirdə Müsəlman Qardaşlar Ənvər Sədatın Beynəlxalq Valyuta Fondu ilə apardığı islahatları dəstəkləməsi üçün xalqa və havadarlarına müraciət edir. İslahat adı altında borclandırılan Orta Şərq ölkələrinin iqtisadiyyatları Beynəlxalq Valyuta Fondu vasitəsi ilə çökdürülür.
 
1975
 
Müsəlman Qardaşlardan bir qrupa Əfqanıstan prezidenti Sərdar Davudu devirmək üçün tapşırıq aldığı müəyyən olur. Üsyan müvəffəqiyyətsiz olduqda, liderləri Gülbəddin Hikmətyar və Sayyaf Pakistana qaçır, Pakistan Xüsusi Xidmət Orqanından (İSİ) dəstək alır.
 
1975 - 1976
 
ABŞ İran və Pakistanın sıx təzyiqi nəticəsində Sərdar Davud Əfqanıstan hökumətindən solçuları təmizləməyə başlayır, solçulara və kommunistlərə sui-qəsdlər təşkil olunur.
 
1976
 
Misirin Faisal İslam Bankı Müsəlman Qardaşları fəallarını maliyyələşdirir. 1970-ci illərdə yaradılan İslam bank sistemi Səudiyyə Ərəbistanı, Qərb bankları və hökumətləri tərəfindən dəstəklənirdi. Bu bank sistemi bütün Misirə yayılır və radikal qrupların maliyyə mənbəyi olur. 2001-ci ildə ABŞ bu İslamı banklarının hamısını "Terrorçuların maliyyəçiləri" adlandırır.
 
19 noyabr 1977
 
Misir prezidenti Ənvər Sədat İsrailə səfər edir və sonrakı tarixlərdə Kemp Devid müqaviləsi imzalanır. Misir həmçinin Sovet İttifaqı ilə əlaqələri kəsir. 1980-ci illərdə ABŞ-ın ən güclü müttəfiqlərindən birinə çevrilir.
 
1978 - 1979
 
Amerika Əfqanıstanda anti-kommunist kadrlara rəğbət göstərməklə Müsəlman Qardaşları dəstəklədiyini açıq şəkildə göstərir. Belə sübutlar Xarici İşlər Nazirliyinin sənədlərində, səfirlik yazışmalarında tez-tez olur.
 
1978
 
Zbiqnev Bjezinski, "Böhran bölgəsi" (Böhranlı region) (Böhran yayı: Hilal) (Böhran arxı) tezisini ortaya atır. Tezisə görə, ABŞ Sovet ittifaqı və ərəb millətçiliyinə qarşı "siyasi İslamı" dəstəkləyərək Orta Şərqdə keçmiş gücünü bərpa edə bilər.
 
3 iyun 1979
 
ABŞ prezidenti Karter MKİ-nin Əfqanıstanda radikal ekstremistlərə birbaşa yardım göstərilməsini təmin edən gizli tapşırıq verir. Sovetlər İttifaqı dekabr ayında Əfqanıstana giri. 
 
23 yanvar 1980
 
"Karter Doktrinası" adı ilə tanınan siyasətə görə ABŞ körfəz regionunda öz maraqlarını qorumaq üçün lazım bildiyi təqdirdə hərbi güc işlədə bilər. Ancaq bir problem var, regionda ABŞ-ın kifayət qədər hərbi gücü yoxdur. 
 
Yanvar 1980
 
ABŞ-ın bölgə siyasətinin memarı Zbiqnev Bjezinski Misirə səfər edir. Əfqanıstan müharibəsi üçün ərəb havadarlar təşkilatlanacaq. Ənvər Sədat ABŞ-ın Misirdə baza yaratmasına icazə verir və Müsəlman Qardaşlardan seçilmiş bir qrupu silahlandırır. ABŞ xüsusi qüvvələri radikallara bomba istehsalı, təxribat və partizan döyüşü təhsili verirlər. ABŞ-ın təhsil verdiyi radikallar arasında Üsama bin Laden də olur. Bin Laden amerikalı yaşıl beretlər və dəniz desantları tərəfindən maarifləndirilir. Sonralar Əl-Qaidənin onurğasını ABŞ-ın təlim keçdiyi bu şəxslər yaradacaqdı.
 
Mart 1980
 
Sovet ittifaqına qarşı ABŞ prezidenti Karter RDF adlı hərbi birlik yaradır. Prezident Reyqan bu gücü CENTCOM adı altında daha da inkişaf etdirir. Bu birlik 1990-cı ildə Körfəz müharibəsi, 2001-ci ildə Əfqanıstanın işğalı və 2003-cü ildə İraqın işğalında komandanlıq mərkəzi olacaqdı.
 
6 oktyabr 1981
 
İsrail ilə aparılan Kemp Devid sülh müqaviləsinə görə Misir prezidenti Ənvər Sədat sui-qəsdlə öldürülür.
 
1984
 
1980-ci illərdə ABŞ ordusunun təlim keçdiyi Usama bin Laden və Abdullah Assam Əl-Qaidənin əməliyyatlarını idarə etmək üçün Pakistanda MAK adlı mərkəz yaradırlar. Sovet İttifaqının əsgərlərini öldürmək və texnikalarını məhv etmək məqsədi ilə MKİ-nin radikallara verdiyi dəstək qat-qat artır. Bütün maliyyə fondlarının kökü isə Səudiyyə Ərəbistanıdır.
 
1989
 
1980-ci illər Amerikanın radikallara və İslami (təbii ki, özünün istədiyi) proseslərə verdiyi dəstəklər nəticəsində Əlcəzairdə İslam Azadlıq Cəbhəsi (FIS) adı ilə yeni siyasi partiya yaradılır. İslam Azadlıq Cəbhəsi qurucuları arasında Müsəlman Qardaşların üzvləri və Əl-Qaidəli Abdallah Anas var.
 
1992
 
Əlcəzairdə seçkiləri İslam Azadlıq Cəbhəsi qazanır, ancaq hakimiyyətdə olan FLN partiyası bunun qarşısını alır, FIS liderləri həbs olunur. Bu hadisə 1999-cu ilə qədər davam edən vətəndaş müharibəsinin fitilini yandırır.
 
23 fevral 1993
 
Dünya ticarət mərkəzinin partladılmasından sonra, Misir Faisal İslam Bankının təsisçilərindən, MKİ-nin Əfqanıstanda apardığı anti-kommunist müharibə üçün adam toplamaqda kömək edən Omar Abdel-Rəhman sui-qəsddə iştiraka görə həbs edilir.
 
1994-1998
 
ABŞ Üsama bin Ladenin maliyyə dəstəyinə möhtac qalan Talibanla əlaqələrini davam etdirir.
 
1996
 
Taliban Sudandan qovulan Üsama bin Ladenə Əfqanıstanda qucaq açır.
 
1997-1999
 
Taliban üzvləri Nebraskaya (ABŞ) istirahətə gedir. Təbliğat mütəxəssisi və uşaq kitabları istehsal edən MKİ-nin maliyyələşdirdiyi Tomas Gouttierrei ilə görüşürlər. Əfqanıstan və Pakistanda təhsil proqramlarında Tomas Gouttierreinin radikal fikirlərini əks etdirən kitablar tədris olunur.
 
7 avqust 1998
 
Əl-Qaidə terrorçuları ABŞ-ın Keniya və Tanzaniya səfirliklərini bombalayırlar.
 
12 oktyabr 2000
 
Terrorçu qruplar ABŞ-ın döyüş gəmisinə Yəmən sularında hücum edir.
 
11 sentyabr 2001
 
Əl-Qaidə terrorçuları Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə və Pentaqona hücum edir. (Hərçənd ki, sonradan bu işdə ABŞ kəşfiyyatının özünün böyük rolu olduğu ortaya çıxdı)
 
Sonrası qısaca belə davam edir
 
Sovet İttifaqının süqutundan sonra 10 il sonra, 11 sentyabr 2001-ci il hücumları ilə ABŞ və Qərb özünə yeni düşmən yaradır. Terrorizmlə müharibə adı altında İslam hədəf alınır. İllərdir ABŞ və Qərbin maliyyələşdirdiyi, dünyaya müsəlman kimi təqdim edilən radikallar "İslamçı" adı verilərək bir anda TERRORÇU elan edilir. İraq və Əfqanıstan işğal olunur. Bir çox başqa ölkədə gizli əməliyyatlar keçirilir. 
 
İŞİD (DAEŞ) qurulur
 
- Liviyada Müəmmər Qəddafi küçə ortasında, məhkəməyə çıxarılmadan, mühakimə edilmədən linç edilərək öldürülür. ABŞ Liviyada illərdir Əl-Qaidə çətiri altında yetişdirdiyi İŞİD-dən istifadə edir. Liviya İŞİD-in qalalarından birinə çevrilir.
Terror təşkilatının üzvlərinin gözündə peyğəmbər olaraq görülən liderləri isə İraq işğalı zamanı Əbu-Qureyb həbsxanasında yetişdirilən Əbu Bəkr Bağdadi olur. 
 
- Bütöv Suriyada müharibə meydanı yaradılır. Suriya içərisinə yeridilən terrorçu qruplaşmalar müxalifət adı altında ABŞ-ın dəstəyini alır.
 
- Paralel olaraq İŞİD İraqa da daxil olur və işğallar həyata keçirir. Səbəb isə bir neçə il əvvəl çıxarılan ABŞ ordularının yenidən İraq ərazisində yerləşdirilməsi və İraqın neft quyularının sömürülməsidir.
 
NƏTİCƏ
 
Sülh dini olan İslam, İslamiyyət və müsəlman ölkələri 100 il əvvəl ingilislərin başladığı, 60 ildən çoxdur bayrağı ABŞ-a təhvil verdiyi çirkli oyunlara məruz qalır.
 
Maraqlıdır, son zamanlar ABŞ və müttəfiqləri nədənsə birdən-birə İŞİD terrorçuları ilə mübarizə həvəsinə düşüblər. Amma görünən odur ki, əsas məqsəd İŞİD-lə mübarizə aparmaq deyil, onları başqalarının mübarizəsindən amanda saxlamaq və müdafiə etməkdir. Çünki tez-tez terrorçuların işğalı altında olan ərazilərdə yaşayan əhaliyə humanitar yardım çatdırmaq adı altında atəşkəs danışıqları aparırlar. Atəşkəs vaxtı isə humanitar yük adı altında terrorçulara ya silah ötürür, ya da onların bölgədən sakit və təhlükəsiz çıxışını təmin edirlər. Görünür, ABŞ-ın İŞİD üzərindən qurduğu plan müvəffəqiyyətsizliyə məruz qalıb. Ona görə də yeni oyun qaydaları müəyyənləşdirmək üçün illərin təcrübəsini toplamış terrorçuları bir qədər müdafiə etmək lazımdır.
 
Bizə isə gözləmək qalır, görək yaxın zamanlarda proseslər hansı məcrada davam edəcək./factxeber.com/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar