ABŞ-ın quru qoşunları komandanı Tacikistana səfər edəcək
15.08.2017 790 0.0 0

ABŞ-ın Quru Qoşunları Mərkəzi Komandanlığının komandanı, general-leytenant Maykl Qarrett avqustun 16-da bir günlüyə Tacikistana səfər edəcək.

“CA-NEWS”a istinadən xəbər verilir ki, bu barədə Tacikistan Müdafiə Nazirliyindən bildirilib.

ABŞ və Tacikistan təmsilçilərinin görüşündə təhlükəsizlik, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi, Əfqanıstanda sabitlik və sülhün təmin edilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, M.Qarrett ötən il Qazaxıstan və Özbəkistana ilk dəfə səfər edib.

Xatırladaq ki, Tacikistanla Əfqanıstan arasında sərhədin uzunluğu 1344 km-dir. Sərhədboyu Pənc çayı axır. Keçmiş SSRİ zamanında bu sərhədin təhlükəsizliyini 25 min sovet əsgəri təmin edib. Sovet İttifaqı dağılandan sonra həmin ərazidə 13 il 19 min Rusiya hərbçisı xidmət edib. 2005-ci ildən sərhədə Tacikistan əsgərləri nəzarət etməyə başlayıb. Bununla belə, Rusiyanın 200-ə yaxın hərbi məsləhətçisi sərhəddə xidmət edən Tacikistan əsgərlərinə təlim keçir. Eyni zamanda Moskvanın Tacikistanda 201 saylı hərbi bazası yerləşir. Orada 7 500 hərbçi xidmət edir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar