ABŞ-ın Qara dəniz həmləsi Rusiyanı qıcıqlandırır
26.06.2015 654 0.0 0

"ABŞ Qara dənizdə Hava Hücumundan Müdafiə sistemi yerləşdirməyə hazırlaşmır, amma buna çox yaxşı imkan var, lazım gələrsə, bunu edə bilər".

Məlumata görə, bu sözləri ABŞ dövlət katibinin silahlara nəzarət və yoxlamalar üzrə köməkçisi Frenk Rouz bildirib.

O, Atlantika Şurasında çıxışı zamanı deyib ki, Birləşmiş Ştatlar daimi əsasda Qara dənizdə "Aegis" Hava Hücumundan Müdafiə sistemlərini yerləşdirməyi planlaşdırmır. Biz Montre Konvensiyasına uyğun davranırıq, hansı ki, daimi əsasda onların yerləşdirməsini qadağan edir. Amma əgər gözlənilməyən şərait yaranacaqsa, biz ora Hava Hücumundan Müdafiə sistemi ilə təchiz olunmuş gəmiləri göndərmək imkanına malikik. Biz onları ora müttəfiqlərimizin ballistik raketlərin təhlükəsindən qorumaq üçün göndərə bilərik.

Bir müddət əvvəl Rusiya XİN başçısının müavini Aleksey Meşkov bəyan edib ki, Rusiya sərhədlərində NATO təlimlərinin intensivliyinin artması Avropanın şimal-şərqində vəziyyəti daha da gərginləşdirir. NATO-un belə hərəkətləri Avropanın şimal-şərqində qeyri-sabitlik yaradır.

Xatırladaq ki, Montre Konvensiyası 1936-cı ildə imzalanıb və Türkiyənin Qara dəniz boğazlarından Aralıq dənizinə müstəqil sərbəst çıxış əldə etmək hüququ verib. Sənəd həmin il iyunun 22-dən iyulun 21-dək İsveçrənin Montre şəhərində keçirilən "Qara dəniz boğazlarından keçid" mövzusunda təşkil olunan beynəlxalq konfransda qəbul edilib. Bu sənədlə Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə riayət etməyi öhdəsinə götürüb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar