ABŞ-ın müdafiə naziri koronavirusa yoluxub
03.01.2022 467 0.0 0

ABŞ-ın müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxduğunu açıqlayıb.

Bildirək ki, bu barədə hərbi idarə rəisinin Pentaqonun saytında dərc olunan bəyanatında deyilir.

"Bu səhər mənim koronavirus testim müsbət çıxdı", - nazir deyib.

Ostin vurğulayıb ki, onda xəstəliyin yüngül əlamətləri var və həkimin tövsiyələrinə əməl edir.

O, qeyd edib ki, müdafiə nazirinin bütün səlahiyyətlərini özündə saxlayır və mümkün qədər virtual formatda əsas görüş və tədbirlərdə iştirak etmək niyyətindədir. “ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks bütün digər hallarda lazım olduqda məni təmsil edəcək”, - bəyanatda deyilir.

Ostin xatırladıb ki, əvvəllər koronavirusa qarşı tam peyvənd olunub. O, oktyabr ayında peyvəndin üçüncü dozasını qəbul edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar