ABŞ-ın məşhur siması ana oldu
28.08.2015 830 0.0 0

ABŞ Dövlət Departamentinin keçmiş rəsmi nümayəndəsi Cen Psaki ana olub.

Məlumata görə, ABŞ Dövlət Departamentinin keçmiş rəsmi nümayəndəsi Cen Psaki “Twitter” səhifəsində ana olması barədə məlumat yayıb. Məlumatda qız uşağının avqustun 14-də dünyaya gəldiyi deyilir.

Sabiq məmur bunu gənc valideynlərə bir ilədək ödənişli məzuniyyətin verilməsi ilə bağlı təşəbbüsə yazdığı şərhdə deyib: “Cavan ana kimi bu gözəl təşəbbüsün müəlliflərinin əllərini sıxıram”.

 

Deyilənlərə əsasən, uşağın adını Jenevyova adlandırıblar. Psakinın həyat yoldaşı Qreqori Meçeranı qızının olması ilə bağlı hamı təbrik edib.

Cen Psaki 2013-cü il fevralın 11-dən 2015-ci ilin martın 31-dək ABŞ Dövlət Departamentinin nümayəndəsi postunu tutub. 

Sonra o, hamiləliklə bağlı məzuniyyətə gedib və bununla əlaqədar olaraq öz postunu tərk edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar