ABŞ-ın Hyuston şəhəri su altında qalıb
27.08.2017 771 0
ABŞ-ın Hyuston şəhəri (Texas ştatı) “Harvi” qasırğası səbəbindən su altında qalıb.
Reuters agentliyinə istinadən verilən xəbərə görə, bunu Hyustonun meri Silvestr Terner bəyan edib
Onun sözlərinə görə, təbii fəlakətin fəsadlarını aradan qaldıran xilasedicilər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Daşqınlarla əlaqədar 2 000 nəfər müvafiq xidmətlərə müraciət edib.
Qeyd edək ki, “Xarvi” qasırğası tropik qasırğa səviyyəsinə qədər zəifləyib. Ancaq qasırğanın təhlükəli subasmalara yol açacağı barədə xəbərdarlıq olunub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər