ABŞ Türkiyədə hərbi çevrilişi təşkil etməkdə günahlandırılan Fətullah Gülənin ekstradisiyasi ilə bağlı açıqlama verib.
Məlumata görə, Lüksenburqda açıqlama verən dövlət katibi Con Kerri deyib ki, Türkiyədən onun ekstradisiyası barədə rəsmi istək gəlməyib.
"Amma bizə Türkiyədən rəsmi tələb bildirilərəsə, onu dəyərləndirərik. ABŞ heç kimi saxlamır. Bizim Türkiyə hökumətindən istəyimiz dəlillərdir. ABŞ-a ekstradisiyanı şərtləndirəcək dəllilərin bizə verilməsi vacibdir".
Kerri deyib ki, Türkiyə hökuməti artıq söz edilən sənədləri hazırlayıb və qısa bir müddət ərzində ABŞ-ın aidiyyəti qurumlarına təqdim edəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhdin konkret olaraq Fətullah Gülən və ona yaxın dairələr tərəfindən təşkil edildiyini bəyan edib. O, ABŞ rəhbərliyinə müraciət edərək Gülənin Türkiyəyə ekstradisiyasını tələb edib. /anspress/