ABŞ-ın Federal Ehtiyatlar Sisteminin iclası keçiriləcək
27.01.2016 453 0.0 0

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) bu ildə ilk iclası keçiriləcək.
Məlumata görə, FES-in iclasında uçot dərəcəsinə yenidən baxılacaq.
 
Düzdür, ekspert və analitiklərin əksəriyyəti hesab edir ki, FES uçot dərəcəsini dəyişməyəcək.
 
Bu arada, dünya birjalarında dolların məzənnəsi dəyişməz olaraq qalır. Birja oyunçuları FES-in iclasında sonra ediləcək açıqlamanı gözləyir.
 
Xatırladaq ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Beləliklə, baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir. Qeyd olunur ki, son dəfə uçot dərəcəsi 2006-cı ildə qaldırılmışdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar