ABŞ-ın Azərbaycandakı səfiri məcburi köçkünlərlə görüşüb
03.03.2016 524 0.0 0

Azərbaycandakı səfiri Robert Sekuta xanımı ilə birgə Sumqayıtda Qubadlı rayonundan olan məcburi köçkünlərin təhsil aldığı orta məktəbi ziyarət edib. Məlumata görə, bu barədə ABŞ səfirliyinin “twitter” səhifəsində məlumat yerləşdirilib. Məktəb ABŞ-ın Avropa Komandanlığı tərəfindən bərpa edilib.
 
“Bu,Azərbaycan xalqına, o cümlədən, məcburi köçkünlərə dəstək üçün ABŞ-ın illər ərzində maliyyələşdirdiyi bir çox layihədən biridir. Səfir Sekuta Qubadlı rayonunun məcburi köçkünləri ilə sülh yolunun nizamlanmasına dair davam edən səyləri müzakirə edib” - deyə məlumatda qeyd olunub./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar