ABŞ ilə Rusiya toqquşdu
24.02.2015 809 0.0 0

BMT-nin Təhlükəsizlik Şurasında Ukrayna münaqişəsi müzakirəyə çıxarılıb, ABŞ ilə Rusiya bir-birini ittiham edib.

Məlumata görə, Rusiya xarici işlər naziri Sergei Lavrov deyib ki, Təhlükəsizlik Şurası Qərb dövlətlərinin qərarlarını "möhürləmək" üçün alətə çevrilib. O, Birləşmiş Ştatları "pis metodlarda" ittiham edib, bir il əvvəl Ukraynada qeyri-konstitusion dövlət çevrilişinə görə Qərbi ittiham edib.

ABŞ-ın BMT-dəki səfiri Samanta Povers Moskvanı BMT Xartiyasını pozaraq Ukrayna ərazisini tutmuş separatçılara təlim keçməkdə, onları silahlandırmaqda günahlandırıb.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin isə vurğulayıb ki, Rusiya onun ölkəsində "hibrid müharibə"yə başlayıb və Kiyev ölkənin şərqində sülhün saxlanması üçün BMT sülhməramlı missiyası istəyə bilər.

Litvanın xarici işlər naziri Linas Linkevicius Moskvanı zorakılıq və güc vasitəsilə Avropanın sərhədlərini yenidən çəkməyə çalışmaqda ittiham edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar