ABŞ İŞİD-ə qarşı yeni yola əl atdı
03.06.2016 696 0.0 0

ABŞ Suriyanın şimalında - Mare şəhərində İŞİD-ə qarşı vuruşan suriyalı müxaliflərə havadan silah yardımı edib.  "Reuters"ə istinadən verilən məlumata görə, bunu adını açıqlamaq istəməyən mənbə deyib. 

Mare Türkiyə sərhədinə təxminən 20 kilometr məsafədə yerləşir. "Vəziyyət getdikcə pisləşirdi. Müttəfiqlər sursat göndərdi".
 
Müxalif qruplara yaxınlığı ilə tanınan, mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı da havadan edilən silah yardımını təsdiq edib.
Məlumata görə, ABŞ ilk dəfədir ki, Suriya Demokratik Qüvvələrindən başqa bir qrupa havadan silah dəstəyi verir.
 
Son həftələrdə İŞİD Mare və ətrafına təşkil etdiyi hücumlarla müxalif qrupların geri çəkilməsinə səbəb olmuş və bu qrupların "Azez dəhlizi" kimi də tanınan Türkiyə üzərindən keçən yollarını kəsmişdi. 

İŞİD həftəsonunda Maredə qəfil bir hücuma başlayıb. Terrorçular şəhəri almaq üçün tanklarla yanaşı, bomba yüklü vasitələrdən də istifadə edib. 

Hazırda Maredə 15 min nəfərin yaşadığı güman edilir. BMT adıçəkilən şəhərdə on mindən çox mülki şəxsin girov kimi qala biləcəyini açıqlamışdı. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar