ABŞ İŞİD «əmirinə» qarşı əməliyyat keçirib
21.04.2016 480 0.0 0

Aprelin 17-də ABŞ hərbçiləri İŞİD terror qruplaşmasının liderlərindən birinin ləğvinə yönələn əməliyyat həyata keçirib.
 
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, bunu Pentaqonun nümayəndəsi Stiv Uorren bəyan edib.
 
“Hava zərbəsinin məqsədi İŞİD-in hərbi şurasının üzvü, “əmir” Süleyman əl-Cəburinin məhvi olub. Onun ləğvi İŞİD-in lider şəbəkəsini zəiflədərək fəaliyyətlərinə mənfi təsir göstərəcək”, deyə S.Uorren bildirib.   
 
Onun sözlərinə görə, hazırda əməliyyatın nəticələri qiymətləndirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar