ABŞ İraqa raket satacaq
07.01.2016 450 0.0 0

 ABŞ Dövlət Departamenti  800 mln. dollar dəyərində  “AGM-114 Hellfire”  “hava-yer” tipli raketlərin və “CATM” tipli təlim raketlərinin İraqa satışına icazə verib.  “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə Əməkdaşlığı  və Təhlükəsizlik Agentliyinin saytında dərc edilmiş məlumatda bildirilir.
 
Məlumata görə, bundan bir müddət əvvəl İraq 5 min raketin satışına dair ABŞ-a müraciət edib.  
 
Bu sövdələşmənin İŞİD terror qruplaşması ilə mübarizənin gücləndirilməsinə imkan verəcəyi qeyd olunur.   
 
İraq ABŞ-dan bu tip raketlər daha əvvəl əldə edib və onlardan istifadə zamanı heç bir problemlə üzləşməyəcəyi bildirilir.
 
“Raketlərin İraqa tədarükü regionda hərbi güc balansını pozmayacaq”, deyə press-relizdə bildirilir.   /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar