ABŞ İranın nüvə silahından qorxur
29.03.2015 739 0.0 0

İsveçrədə İranla danışıqlar aparan 6 ölkənin xarici işlər nazirləri martın sonunda bitəcək son müddətədək nüvə proqramının məhdudlaşdırılması ilə bağlı sazişə nail olmaq istəyirlər.

Məlumata görə, Lozanna şəhərində keçən danışıqların növbəti raundundan əvvəl bəzi nikbin bəyanatlar səslənib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çözülməmiş məsələlərinin həllini tapacağına ümid etdiyini bildirib. Almaniyanın xarici işlər naziri Frank Ualter Steynmeyer 12 il ərzində davam edən danışıqların yekun mərhələyə daxil olduğunu deyib.

Vaşinqtona qayıdacaq ABŞ dövlət katibi Con Kerri İran nüvə danışıqlarına görə İsveçrədə qalma müddətini uzadıb. Dövlət Departamentindən bildirib ki, Lozannadakı danışıqlara qatılmaq qərarına gələn cənab Kerri mərhum senator Eduard Kennedinin xatirəsinə həsr olunmuş tədbirdə iştirak niyyətindən vaz keçməli olub. Çünki, ABŞ və onun müttəfiqləri əmin olmaq istəyirlər ki, Tehran nüvə silahına sahib olmayacaq.

ABŞ, Britaniya, Rusiya, Çin, Fransa və Almaniya nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan saziş əvəzində BMT sanksiyalarının qaldırılmasını təklif edirlər. Tehran nüvə silahı əldə etmək barədə ittihamları rədd edir və yalnız sülh təyinatlı proqrama malik olduğunu bildirir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar