ABŞ İrandakı etirazları dəstəkləyib
18.11.2019 465 0
ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyib və nümayişçilərə qarşı güc tətbiq edilməsini pisləyib.
Məlumata görə, İranda benzinin qiymətinin artmasına qarşı nümayişlər keçırılir. Noyabrın 15-də keçirilən iğtişaşlar zamanı bir nəfərin öldüyü bildirilib.
Ağ Evin yaydığı bəyanatda qeyd olunub: "ABŞ İran xalqını ona rəhbərlik etməli olan rejimə qarşı dinc etirazlarında dəstəkləyir. Biz ölümlə nəticələnə bilən güc tətbiq edilməsini və nümayişçilərə qarşı istifadə edilən rabitə mövzusunda sərt məhdudiyyətləri müzakirə edirik".
Daha əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musavi ABŞ-ın İrandakı etirazlarla bağlı verdiyi açıqlamanı ölkənin işlərinə müdaxilə hesab etdiyini bildirib./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər