ABŞ İrana qarşı yeni sanksiyaların hazırlanmasını dayandırıb
25.02.2017 986 0
ABŞ administrasiyası İrana qarşı sanksiyaların mümkün genişləndirilməsi və İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasının nəzərdən keçirilməsini qeyri-müəyyən vaxta təxirə salıb.
TASS-a istinadən xəbər verilir ki, Birləşmiş Ştatların hərbi mütəxəssisləri bu tədbirləri qeyri-səmərəli biliblər.
Çünki bütün bu tədbirlər həyata keçirilərsə, İranla danışıqlar aparmaq artıq alınmayacaq.
Ağ evdə hesab edirlər ki, İranla münasibətlərin kəskinləşməsi Suriya və İraqda İŞİD terror təşkilatı ilə mübarizəni çətinləşdirəcək./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər