ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır
15.12.2021 300 0.0 0

ABŞ İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Amerikanın təşkilatdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

Onun sözlərinə görə, sanksiyaların ləğvi rəsmi Tehrana iqtisadi fayda gətirəcək.

Diplomat əlavə edib ki, İran Vyana danışıqlarında qeyri-real tələblər irəli sürüb: “Lakin biz İranın nüvə proqramını sürətləndirməsinə və danışıqları uzatmasına icazə verə bilmərik. Təəssüflə demək istəyirəm ki, Vyana danışıqlarında da məhz bu baş verir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar