ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edib
15.09.2017 515 0.0 0

ABŞ  İranın 7 vətəndaşı və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.

 

“Bu tədbirlər hökumətin kütləvi qırğın silahının yayılmasına qarşı yönəlmiş 13382 saylı sərəncamına uyğun olaraq görülüb”, - deyə sənəddə bildirilir.

 

Sanksiya siyahısına daxil edilən fiziki şəxslər və şirkətlər İranın ballistik proqramına maliyyə, texnoloji və digər səviyyədə dəstək göstərməkdə, habelə kibercinayətlərdə ittiham olunurlar. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar