ABŞ İrana görə Çin şirkətini cəzalandırıb
08.03.2016 558 0.0 0

ABŞ-ın Ticarət Nazirliyi Çinin ZTE telekommunikasiya şirkətinə İrana ixracat məhdudiyyətlərini pozduğu üçün sanksiya tətbiq edib. Qazeta.info "Report" -a istinadla xəbər verir ki, bu haqda İranın "Tesnim" agentliyi məlumat yayıb.

Bu sanksiyaya əsasən, ZTE-nin müştəriləri hər çeşid cihaz satışı ilə bağlı ABŞ-dan lisenziya almalıdır.

Məlumata görə, Ticarət Nazilriyi gələn həftə məsələ ilə bağlı qərarı yayımlayacaq.

ABŞ-da mobil telefon istehsalı ilə də məşğul olan Çin şirkətinin Honq-Konq və Şençjene də satışı təxirə salınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar