ABŞ İran idmançılarına viza qadağasını aradan qaldırıb
08.02.2017 883 0.0 0

ABŞ İran idmançılarına viza qadağasını aradan qaldırıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu İran Oxatma Federasiyasının sədri Məhəmmədəli Sücai qurumun saytına açıqlamasında bildirib.

“Yarışın başlamasına iki gün qalır. İran idmançılarına vizanı ABŞ-ın Ermənistandakı səfirliyi verməli idi. Ancaq səfirlik tərəfindən viza gec verildiyindən bizim həmin yarışa qatılmağımız mümkün deyil”, - deyə o vurğulayıb.

Məlumata görə, fevralın 10-12-də ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində Kamandan oxatma üzrə Dünya Kuboku keçiriləcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın yanvarın 27-də imzaladığı fərmana əsasən, İran, İraq, Suriya, Yəmən, Somali, Sudan və Liviya vətəndaşlarına 90 gün ABŞ-a viza verilməsi qadağan edilib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar