ABŞ hərbi texnikasının bir hissəsi Gürcüstana çatdırılıb
23.01.2018 787 0.0 0

“Javelin” tank əleyhinə daşınan raket komplekslərinin Gürcüstana çatdırılmasının ilkin mərhələsi başa çatıb”.

 

Qazeta.info APA-ya istinadla məlumat verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya ABŞ səfiri Yan Kelli ilə görüşdə deyib.
 

Nazir bildirib ki, raket kompleksi sistemi Gürcüstanda təhlükəsiz yerdə quraşdırılıb. O qeyd edib ki, yaxın gələcəkdə gürcü hərbçilər bu sistemdən istifadə üçün tələb olunan biliklər əldə edəcəklər. 
 

Qeyd edək ki, Gürcüstanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə daşınan raket komplekslərinin dəyəri 75 milyon dollar təşkil edir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar