ABŞ generalı müsahibə zamanı özündən getdi - REAL GÖRÜNTÜ
11.02.2016 488 0
ABŞ Silahlı Qüvvələrinin general-mayoru Ceyms Martin Pentaqonda keçirilən mətbuat konfransında huşunu itirib.
Məlumata görə, C. Martin ABŞ hərbi-hava qüvvələrinin büdcə layihəsi ilə bağlı suala cavab verən vaxt özündən gedib.
General ən yeni F-35 qırıcılarının istehsalı proqramının maliyyələşməsi barədə danışarkən qəfildən tribunaya doğru əyilib. Yaxınlıqdakı şəxslər dərhal generala yardım göstərib, su veriblər.
O özünə gələndən sonra xəstəxanaya yerləşdirilib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər