ABŞ Fələstin-İsrail münaqişəsinin nizamlanmasında mövqeyini dəyişir
15.02.2017 766 0.0 0

ABŞ Yaxın Şərq probleminin nizamlanmasında “iki dövlət” prinsipini təkid etməyəcək.  “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə jurnalistlərə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.   

Qeyd edək ki, bu vaxtadək ABŞ münaqişənin həlli məsələsində bölgədə iki suveren dövlətin – İsrail və Fələstinin yaradılması prinsipinə əsaslanıb.

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu bu gün Vaşinqtonda ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq.   

“İki dövlət prinsipi sülhə gətirib çıxarmır. Bu, kimlərinsə nail olmaq istədiyi məqsəd deyil. Məqsəd – tərəflərin iki dövlət prinsipi və ya digər istəkləri əsasında əldə olunacaq sülhdür və biz onlara bu məsələdə yardım etmək niyyətindəyik”, - deyə ABŞ administrasiyasının nümayəndəsi bildirib.     

ABŞ administrasiyasının nümayəndəsi əlavə edib ki, “iki dövlət” prinsipinin özü heç də aydın deyil. “Əgər “iki dövlət” prinsipi əsasında həll variantının nə demək olduğunu beş nəfərdən soruşsanız, səkkiz fərqli cavab alarsınız”, - deyə o bildirib.

“Bizim sülhün şərtlərini diktə etmək fikrimiz yoxdur”, - deyə Ağ Evin yeksək vəzifəli nümayəndəsi bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar