ABŞ xarici işlər naziri Con Kerri, Suriyada siyasi dəyişiklilərin əldə olunması üçün ABŞ-ın Əsəd ilə müzakirələr aparmaq məcburiyyətində qalacağını bildirib.
Con Kerri daha sonra, Əsədin müzakirələri qəbul etməsi üçün təzyiq etmənin yollarının araşdırdıqlarını da söyləyib.
Qazeta.info Türkiyə mediasına istinadla bildirir ki, Kerri, Suriyadakı vətəndaş müharibəsinin dördüncü ilində, mətbuata verdiyi müsahibədə,problemin öz həllini tapması üçün müzakirə etmək məcburiyyətində olduqlarını bildirib. Cenevrə 1 prosesi kontekstində hər zaman müzakirə etmə niyyətində olduqlarını bildirən ABŞ rəsmisi
müzakirələrin əhəmiyyətli olacağını və problemə hərbi deyil, siyasi yolla həll olunmasının hər kəsi qane etdiyini bildirib.
Suriyadakı qarşıdurmanı sona çatdırmağa istiqamətlənmiş diplomatik prosesi yenidən canlandırmanın yollarını araşdırdıqlarını bildirən Kerri Əsədin müzakirələrə razılaşması üçün məşğul olduqlarını və əks halda Əsədin üzərində müxtəlif növ təzyiq vasitələrini yaratmaq imkanlarının olduğunu da vurğulayıb.