ABŞ ermənilərə «od qoydu»
15.04.2015 686 0.0 0

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin əməkdaşı Mari Xarf erməniləri məyus edən, qondarma erməni soyqırımını inkar edən açıqlama verib.

Məlumata görə, onun keçirdiyi növbəti brifinqdə jurnalistlər "erməni soyqırımı" və Fransısk I Roma Papasının liturqiyası ilə bağlı Dövlət Departamentinin mövqeyini öyrənməyə çalışıblar. 

M.Xarf cavabında ABŞ-ın qondarma soyqırımla bağlı rəsmi mövqeyini bir daha təkrarlayıb: "Soyqırımın 100 illiyi ilə əlaqədar ABŞ-da hər hansı tədbirlər nəzərdə tutulmur. Bəli, prezident və onun administrasiyasının yüksək vəzifəli məmurları bir neçə dəfə bunu tarixi hadisə kimi qiymətləndirib və kədərlərini ifadə ediblər. Tarixin araşdırılması, bu faktların dürüst və səmimi şəkildə aydınlaşdırılması bizim - Türkiyənin, Ermənistanın və Amerikanın - ümumi maraqlarımıza əsaslanır."

Dövlət Departamentinin nümayəndəsi ötən bazar günü Roma Papası Fransıskin "Osmanlı türkləri tərəfindən ermənilərə qarşı yüz il əvvəl törədilənlər 20-ci əsrin birinci soyqırımıdır" fikrinə belə şərh verib: "Keçmişin ağrılı epizodları çox olub. Gələcəyə baxmaq lazımdır. Bu, Ağ Evin əsas prinsipidir. Keçmişin ağrılı epizodlarını dərk edərək bundan nəticə çıxaran dövlətlər daha güclü olur, inkişafa çatır."/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar