ABŞ dövlət katibinin Rusiyaya səfər tarixi açıqlanıb
05.04.2017 545 0.0 0

 ABŞ dövlət katibi Reks Tillerson aprelin 11-12-də Moskvada işgüzar səfərdə olacaq.

"Report"un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi saytında bildirilib.

Qeyd olunub ki, bu, Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsində Rusiyaya ilk səfəri olacaq. O, səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə iki ölkə arasında əməkdaşlıq və bir sıra regional məsələləri müzakirə edəcək. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar