ABŞ Dövlət Departamentinin sözçüsü Suriya ilə Rusiyanı səhv salıb
08.10.2015 558 0
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Rusiya ilə Suriyanı səhv salıb.
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, anlaşılmazlıq jurnalistlər üçün keçirilən gündəlik brifinqdə baş verib.
“İŞİD-ə qarşı hərbi əməliyyat davam etdiriləcək və səngimək bilməyəcək. Ən əsası isə - Rusiyada Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasıdır”, C.Kirbi deyib.
Jurnalistlərin təəccübləndiyini görən C.Kirbi “Mən nə dedim ki?” sualını verib, bir qədər sonra isə təbəssümlə yanlışlığını etiraf edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər