ABŞ Dövlət Departamentinin əməkdaşları Obamanın Suriya siyasətinə etiraz edib
17.06.2016 538 0.0 0

ABŞ Dövlət Departamentinin bir qrup əməkdaşı Vaşinqtonu Suriya prezidenti Bəşər Əsədlə müharibəyə çağıran idarədaxili sənəd imzalayıb.
 
Məlumata görə, bu barədə “The Wall Street Journal” xəbər yayıb. Sənədə ABŞ Dövlət Departamentində Suriya məsələsi ilə məşğul olan 51 orta və yüksək vəzifəli məmur imza atıb. Müraciətdə atəşkəs haqqında razılaşmasının pozulması ilə əlaqədar Suriya rejiminin mövqelərinə təcili hərbi zərbələrin endirilməsinə çağırış edilir.
 
Müraciətdə Suriya məsələsində prezident Obamanın siyasəti, o cümlədən münaqişə tərəflərindən hər hansı birinə dəstəkdən imtina edilməsi tənqid olunur. Sənədin müəllifləri Vaşinqtonu mötədil müxalifətlə əlaqələri möhkəmləndirməyə çağırırlar.
 
ABŞ Dövlət Departamentindən sənədin mövcudluğunu təsdiq etsələr də, ölkənin birinci simaları onunla tanış olmayınca sənədin mahiyyəti barədə açıqlama verməkdən imtina ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar