ABŞ Dövlət Departamentindən Əli Əliyevin həbsinə reaksiya
05.02.2022 832 0.0 0

Vaşinqton yanvarda böhtan ittihamı ilə mühakimə olunan Vətəndaş və İnkişaf Partiyasının sədri, Azərbaycan hökumətinin fəal tənqidçisi Əli Əliyevin həbsinə reaksiya verib.

"Biz Əli Əliyevin cinayət işi üzrə qərardan məyusuq", - Dövlət Departamentinin sözçüsü  TURANa bildirib.

“Biz Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə, o cümlədən ifadə azadlığı hüququna hörmət etməyə çağırırıq”.

 Əli Əliyev ötən ilin dekabrında Youtube kanalı Osmanqızı TV-yə verdiyi müsahibədə Sərhəd Xidmətinin vertolyotunun qəzasında sağ qalanlarla bağlı fikirlərinə görə yanvarın 13-də böhtan ittihamı ilə 5 aylıq həbs edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar