ABŞ Dövlət Departamenti Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayıb
26.05.2016 364 0
"ABŞ Azərbaycan Ali Məhkəməsinin tədqiqatçı jurnalist Xədicə İsmayılın şərti cəza ilə azad edilməsi barədə qərarını alqışlayır".
Məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
“Biz buna müsbət addım kimi baxırıq. Azərbaycan hökumətini X.İsmayılovaya qarşı qalan ittihamları da ləğv etməyə təşviq edirik. Azərbaycan söz azadlığı və siyasi fəaliyyət şəraitini genişləndirməyi davam etdirdikcə, bu yalnız Azərbaycanı və ikitərəfli münasibətlərimizi gücləndirəcək”, bəyanatda vurğulanır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər