ABŞ Dövlət Departamenti Rusiyanı Suriyada hospitala hücum etməkdə günahlandırıb
17.02.2016 419 0
Suriyada hospitala zərbələri Rusiya aviasiyası endirib. “Gazeta.ru”ya istinadən verilən xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.
“Biz bu zərbələrin Rusiya tərəfindən endirilməsinə əminik. Bu cür hücumların qəbuledilməzdir”, - deyə Toner qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi Xəzər donanmasında Suriyanın İdlib əyalətindəki hospitalı vuran ballistik raketi buraxa biləcək hərbi gəminin olmadığını bəyan edib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər