ABŞ Moskvanın Suriya prezidenti Bəşər Əsədə dəstək verməkdə davam edəcəyi təqdirdə Rusiyanın daha da təcrid olunması üçün tədbirlər görməyə hazırdır.
Məlumata görə, bu barədə “RİA Novosti” ABŞ Dövlət Departamentinin rədmi nümayəndəsi Con Kirbiyə istinadən xəbər verir.
“Bizdə bunun üçün müxtəlif vasitələr var”, deyə Kirbi qeyd edib.
Con Kirbi Rusiyaya qarşı gələcəkdə tətbiq ediləcək sanksiyaların mahiyyətini açıqlamağa çətinlik çəkib, lakin Ukraynadakı hadisələrə görə Rusiyanı təcrid gözlədiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Coş Ernest xəbərdarlıq edib ki, əgər Rusiya Suriyadakı siyasətini İŞİD-lə mübarizə aparan koalisiya ölkələri ilə razılaşdırmayacaqsa, ona qarşı daha ciddi təcrid vasitələri tətbiq edib. Qeyd edək ki, Rusiya terrorçularla mübarizə məqsədi ilə Suriyaya silah-sursatın daşınmasını həyata keçirir./apa/