ABŞ Dövlət Departamenti Belarusda keçirilən seçkilər qiymətləndirib
13.10.2015 489 0.0 0

Belarusda baş tutmuş prezident seçkiləri  beynəlxalq standartlara cavab verməyib.
 
“Gazeta.ru”-ya istinadən verilən məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
 
Bəyanatda bildirilir ki, Belarusda səslərin sayılması və səsvermə prosesində ciddi problemlər mövcuddur. Dövlət Departamenti həmçinin ölkədə seçkilərin keçirilməsi ilə bağlı hüquqi bazanın yoxluğundan narahatlıq ifadə edib.
 
Bəyanatda qeyd olunub ki, yerli və beynəlxalq müşahidəçilər səslərin sayılması prosesindən kənarda qalıblar.
 
Xatırladaq ki, Belarusda keçirilən prezident seçkilərində səslərin 83,49 faizini toplayan Aleksandr Lukaşenko qalib gəlib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar