ABŞ DANIŞIQLARIN İNTENSİVLƏŞMƏSİNDƏ MARAQLIDIR
28.10.2014 1277 0
“ABŞ Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların intensivləşəcəyinə ümid edir”.
Yayılan xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.
“Biz bütün tərəfləri danışıqlar masası arxasında səyləri ikiqat artırmağa və əsas diqqəti bölgə sakinlərinə sülh gətirəcək faydalar üzərində cəmləşdirməyə çağırırıq”.
Qeyd edək ki, dünən Parisdə Azərbaycan və Ermənistan prezidentləri Fransa prezidenti Fransua Ollandın iştirakı ilə görüşüblər. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.// APA
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər