ABŞ növbəti bir neçə ay ərzində Ukrayna ordusunun əsgərlərinə təlim keçmək planlarını müzakirə edir.
Məlumata görə, Avropada ABŞ ordusunun komandanı, general leytenant Ben Hodges bildirib ki, bu plan ABŞ-ın mövcud təlim proqramını daha da genişləndirəcək. Həmin proqram Ukrayna Daxili İşlər Nazirliyində işləyən Milli Qvardiya əsgərləri üçün həyata keçirilir.
Hazırda 350-dək ABŞ əsgəri döyüş zonasında olmayan qvardiyaçılara təlim keçir. Ümumiyyətlə, Ukraynanın şərqində münaqişə zonasına 64 min əsgər yerləşdirib. Onların sırasında qvardiyaçılar da var.
Amerika əsgərləri Ukraynada
Ekspertlərin fikrincə, ABŞ-ın bu addımı Rusiya ilə gərginliyi daha da artıra bilər.
Bu arada Rusiya son iki ay ərzində Şərqi Ukrayna separatçılarına 200 tank göndərib. Bu baradə Ukrayna "İnformasiya Müqaviməti" Mərkəzinin koordinatoru Dmitri Tımçuk açıqlama verib.
Onun sözlərinə görə, bu müddətdə Rusiya Donbasa 200 tank, 70 Qrad raketləri, 75 zirehli personal daşıyan maşın, sursat dolu təqribən 900 yük maşını və 150 yanacaq tankeri göndərib. Bu silah və hərbi texnikanın Minsk razılaşmaları imzalandıqdan sonra göndərilib.
Rusiya tankları
Ümumiyyətlə, bu ilin aprelindən başlayaraq ABŞ Ukrayna əsgərlərinə təlim keçməyə başlayıb. Aprelin 17-də ABŞ Silahlı Qüvvələrinin 173-cü hava-desant briqadasının hərbçilərini gətirən təyyarə Lvov hava limanına enib. Ümumilikdə 290 amerikalı hərbçi Lvovun Yavoriv poliqonunda Ukrayna Milli Qvardiyasının 900 əməkdaşına təlim keçib. Səkkiz həftəlik təlimlərdə Milli Qvardiyanın “Azov”, “Yaquar”, “Omeqa”, general Kulçitski adına batalyonu və digər bölmələrinin iştirak edib.
Ukrayna hərbçilərinə təhlükəsizlik və tibbi vəzifələri yerinə yetirməyin, döyüş anında ruslar tərəfindən rabitə əlaqəsinin kəsilməsi zaman necə hərəkət etməyin, Rusiya və separatçıların artilleriya zərbələrindən necə qorunmağın yollarının öyrədilib.
Amerikalı təlimatçılar bu il iyununda ABŞ-ın 380 hərbçisi Ukrayna Millli Qvardiyasına təlim keçib.
Ukraynanın şərqindəki son vəziyyət
Foto: AP
Bir sözlə, ötən ilin martında Krımın ilhaqı ilə başlayan Rusiya-Ukrayna arasında vəziyyət gərgin olaraq qalır. BMT-nin hesablamalarına görə, ötən ilin martından başlayan indiyədək Ukraynanın şərqindəki münaqişəsi zamanı indiyədək Donetsk və Luhansk regionlarında 7 minə yaxın insan öldürülüb, bir milyondan çox adam qaçqın düşüb.
Münaqişənin həlli ilə bağlı ötən ilin sentyabrında Minskdə imzalanan atəşkəs sazişinə baxmayaraq, tərəflər buna riayət etmir və bir-birini günahlandırır. Son günlər ərzində Rusiyapərəst üsyançılarla Ukrayna ordusu arasında döyüşlər yenidən gərginləşib. /anspress/
Ukrayna prezidenti Petro Poroşenko ABŞ hərbçiləri ilə birgə