ABŞ-dan Türkiyəyə qorxunc sürpriz
08.01.2018 1194 0.0 0

"Artıq bu istiqamətdə işlər görülməyə başlanılıb"

PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-ni 4000 TIR dolusu silahla təmin edən Amerika Birləşmiş Ştatları Türkiyəyə sürpriz hazırlayır. Bildirək ki, bu barədə "Yeni Şafak" qəzetinə istinadən xəbər verilir.

 

 

Qəzetin yazdığına görə, adının açıqlanmasını istəməyən amerikalı diplomat Londonda yayımlanan "Şark əl-Əvsat" jurnalına bu haqda danışıb: "Ağ Ev Suriya siyasətində yeni dəyişikliyə hazırlaşır. Müdafiə naziri Ceyms Mettis PYD-nin nəzarətindəki bölgələri rəsmən tanımaq üçün əraziyə diplomatlar göndərib".

 

Məlumata görə, amerikalı diplomatlar PKK-nın təyin etdiyi səlahiyyətli şəxslərlə geniş tərkibdə görüş keçiriblər. Görüşdə PYD-nin hakim olduğu bölgələrdə infrastrukturun inkişafı, dağıdılan yerlərin restavrasiyası, ərazidə polis qüvvələrinin yaradılması və ABŞ hərbi bazalarının mühafizəsi məsələləri müzakirə edilib: "Artıq bu istiqamətdə işlər görülməyə başlanıb"./Sputnik.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar