ABŞ Rusiyaya qarşı güc nümayişi etdirmək üçün yeni bir yola əl atıb. Məlumata görə, Birləşmiş Ştatlar Şərqi Avropadakı müttəfiqlərinə dəstək mesajı vermək üçün Avropada zirehli vasitələrdən ibarət hərbi konvoyla parad keçirəcək.
1800 kilometr məsafəni qət edəcək hərbi karvan Estonyadakı Tapa hərbi bazasından yola çıxıb. Estoniya, Litva, Polşa, Latviya, Çexiya və Almaniyanı əhatə edəcək bu hərbi parada "Əjdaha yürüşü" adı verilib.
Hərbi konvoy keçdiyi ölkələrdə rəsmi orqanları ziyarət edəcək və vətəndaşlar tərəfindən ziyarət ediləcək. ABŞ-ın gövdə nümayişi Almaniyanın Vilsek şəhərində sona çatacaq.
Bununla yanaşı, ABŞ Hərbi Hava Qüvvələrinə aid 14 F-16 təyyarəsi də eyni hərbi parad çərçivəsində aprel ayının ortasına qədər Estonyanın Tallin şəhərində olacaq. /anspress/