ABŞ-dan Rusiya ilə Suriya danışıqlarına STOP qərarı
29.09.2016 839 0.0 0

"ABŞ Rusiya ilə Suriya böhranı ilə bağlı müzakirələri çox tez bir zamanda dayandıracaq". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu bəyan edən Dövlət Departamentinin rəsmisi Mark Toner dəqiq vaxtı açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl də qurumdan bildirilib ki, dövlət katibi Con Kerrinin telefon danışığında Rusiyalı həmkarı Sergey Lavrovu ölkəsinin Suriyada sülhün əldə olunması istiqamətində Moskva ilə danışıqları dayandıracağı barədə xəbərdar edib.

Mark Toner Rusiyanı Suriyada atəşin dayandırılması naminə heç bir addım atmamaqda, əksinə, münaqişəni alovlandırmaqda maraqlı olmaqda ittiham edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar