ABŞ-dan PYD terrorçularına dəstək
09.04.2016 600 0.0 0

ABŞ PKK və PYD  terror təşkilatlarına dəstəyini davam etdirir. Məlumata görə, Suriyanın Haseka regionundan olan mənbələr bildirir ki, ABŞ-ın bölgədəki Rümeylan hərbi bazası terror təşkilatının silahlandırılması üçün istifadə edilir.

Məlumatda bildirilir ki, iki gün ərzində ABŞ-ın helikopterləri Rümeylan hərbi bazasına eniş edərək PYD-yə məxsus yük avtomobillərinə silah yükləyiblər.

PYD terror təşkilatının Kobani şəhərində aparına əməliyyatlar üçün 700 döyüşçü göndərdiyi bildirilir.

ABŞ-ın Ankaradakı səfri ötən gün PYD-yə silah və digər hərbi ləvazimatlar çatdırıldığın təsdiqləmişdi. Hazırda PYD silahlıları Suriya ərazisində İŞİD terror təşkilatı ilə döyüşür

 

ABŞ da terror təşkilatına köməklik edilməsini bununla bağlayır. Amma Türkiyə ABŞ-ın PKK-nın qolu olan PYD-yə silah verməsinə etiraz edir.

Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı kürd qruplaşması PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı tənqid etmişdi.

 
"Deyirlər ki, PYD və YPG terror təşkilatı deyil. PKK ilə PYD və YPG-nin fərqi yoxdur. Amerikaya səslənir ki, bunlar terrorçu qruplaşmlardır. Amerikanın səlahiyyətli nümayəndələri deyir ki, - "xeyir, biz onları terror qruplaşması kimi tanımırıq". Ey Amerika! Sizə neçə dəfə dedim. Siz bizimlə bərabərsiniz, yoxsa bu terror qruplaşması PYD və YPG ilə bərabərsiniz? Ey Amerika! Nə PKK-nı bizə tanıtdıra bilərsiniz, nə PYD-ni, nə də YPG-ni. Bunları biz çox gözəl tanıyırq. Amma bunların heç birini bu günə qədər tanıya bilmədiniz. Ona görə də bölgə qan içindədir. Bu əqrəb bir gün onları da sancacaq", - Ərdoğan bildirib.

 

Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

ABŞ Dövlət Departamentinin sözcüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib. Con Kirbi Birləşmiş Ştatların bu birləşməyə dəstək verməkdə davam edəcəyini bəyan edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar