ABŞ-dan dollarla bağlı – VACİB AÇIQLAMA
29.09.2016 940 0.0 0
 ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellen Konqresdə çıxışı zamanı uçot dərəcəsinin cari ilin sonunadək artırılacağını istisna etməyib.
 
 
Qazeta.info “APA-in xəbərinə əsasən bildir ki, konqresmenlərin müvafiq sualına cavab verərkən C. Yellen qeyd edib ki, bu il ay ərzində orta hesabla 180 min yeni iş yeri yaradılır, lakin işsizliyin səviyyəsi lazımi templərlə azalmır. “Yəqin ki, mövcud durumda planlaşdırılandan daha az stimullaşdırıcı tədbirlərin görüləcək. Lakin bu addımın bu il atılacağı da istisna deyil. Bizim faiz artımı ilə bağlı sərt qrafikimiz yoxdur”, - deyə o bildirib.
 
 
O əlavə edib ki, ABŞ bankları sürətlə bərpa olunur: “2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra bankların kapitalı ikiqat artıb və hazırda bu göstərici 800 milyard dollara çatıb”.
 
 
Bununla yanaşı, FED rəhbəri deyib ki, Uoll-stritin likvid aktivləri 5 il ərzində 1 trilyon dollardan çox artıb.
 
 
C. Yellen onu da bildirib ki, ABŞ bankları üçün nəzərdə tutulan stress-testləri yumşaltmaq niyyətindədir. Burada iri, sistem əhəmiyyətli banklar istisna təşkil edəcək. 
 
 
Qeyd edək ki, C. Yellenin çıxışından sonra dollar bahalaşmaqdadır. 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar